Ötən gündən günorta saatlarında Siyəzən rayonunun Köhnə Quşçu kəndinin yaxınlığında biçənək sahəsində başlayan yanğın gecə saatlarında başlayan güclü külək səbəbindən Altıağac Milli parkının ərazisinə keçib. Ötən gündən günorta saatlarında Siyəzən rayonunun Köhnə Quşçu kəndinin yaxınlığında biçənək sahəsində başlayan yanğın gecə saatlarında başlayan güclü külək səbəbindən Altıağac Milli parkının ərazisinə keçib.

ETSN və FHN-nin canlı qüvvələri Siyəzəndəki yanğın yerindədirlər

Ötən gündən günorta saatlarında Siyəzən rayonunun Köhnə Quşçu kəndinin yaxınlığında biçənək sahəsində başlayan yanğın gecə saatlarında başlayan güclü külək səbəbindən Altıağac Milli parkının ərazisinə keçib.

"Report"a açıqlama verən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin direktoru Hikmət Əlizadə deyib ki, hazırda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 60-dən çox əməkdaşı FHN-nin yerli qurumlarının canlı qüvvələri ilə birgə hadisə yerindədir: "Yanğına səbəb biçin sahələrinə od vurulması olub. Əkin sahələrinin yandırılmaması üçün mütəmadi maarifləndirmə işləri aparılmasına baxmayaraq, hələ də çoxları biçindən sonra sahəni yandırırlar. Nəticədə bu kimi yanğınlar baş verir”.

Departament direktoru diqqətə çatdırıb ki, biçin sahəsini yandırmaqda şübhəli bilinən şəxslə bağlı hüquq-mühafizə orqanlarına müraciət ediləcək. "Yanğın hələ də davam edir. Yanğın çətin relyefli dağlıq ərazidə olduğundan burda daha çox əl əməyindən istifadə olunur. 2 vertalyot yanğının söndürülməsinə cəlb edilib. Günün sonunadək yanğın tam söndürüləcək”,-H.Əlizadə əlavə edib.

image description image description image description image description image description image description