Müharibə veteranı saxlanılıb

Goranboy rayonunda dələduzluqla məşğul olan şəxs saxlanılıb. Apa-nın məlumatına görə, rayonun Hacallı kənd sakini Nəcəfov Ziya Qulu oğlu Goranboy rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək bildirib ki, İlkin İbrahimov adlı şəxs onu FHN-in Goranboy rayon Dövlət Yanğından Mühafizə Hissəsinə işə düzəltmək adı ilə 7 min 150 manat pulunu və bir ədəd xırda buynuzlu heyvanını aldadaraq mənimsəyib. Faktla bağlı keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində İlkin İbrahimov tutularaq istintaqa təhvil verilib. Həmçinin, araşdırmalar zamanı məlum olub ki, İlkin İbrahimov əvvəllər bir neçə nəfərin hədə-qorxu yolu ilə pulunu da mənimsəyib. Qeyd edək ki, Qarabağ müharibəsi veteranı olan dələduz İlkin İbrahimov heç bir yerdə işləmir.

AzNews.az