Gülər Əhmədova AzNews.az-ın yazdıqlarını təsdiqlədi

Hazırda həbsdə olan sabiq millət vəkili Gülər Əhmədovanın oğlu Toğrul Əhmədovun xidmət etdiyi hərbi hissədə qolunu qırması və bu səbəbdən də hospitala yerləşdirilməsinin ardınca AzNews.az-da dərc olunan bir yazı böyük rezonansa səbəb olmuşdu.

Xatırladaq ki, həmin məqalədə biz iddia etmişdik ki, Gülər Əhmədovanın oğluyla bağlı xəbəri eşitdikdən sonra səhhətində ciddi problremlər yaranıb və təcridxananın tibb məntəqəsinə yerləşdirilib. Daha sonra isə oğluyla görüşmək istəyinə rədd cavabı alan Gülər xanımın aclıq aksiyasına başladığını qeyd etmişdik.

Amma bundan sonra Gülər xanımın hayat yoldaşı və vəkili KİV-də çıxış edərək yazdıqlarımızı təkidlə təkzib etdilər. Bu gün isə vəkili Raqib Mustafayevin APA-ya verdiyi açıqlamalar bizim yazdıqlarımızın cümləsinə qədər təsdiqi sayıla bilər.
Belə ki, o, APA-ya açıqlamasında müdafiə etdiyi şəxsin səhhətində ciddi problemlər yarandığını bildirib. Biz də bunu yazmışdıq. Sonra bildirmişdik ki, bu pisləşmə oğlunun xəsarət alması xəbərindən sonra baş verib. Bunu da vəkil təsdiqləyir. Vəkilin sözlərinə görə, oğlunun hərbi xidmətdə qolunun sınması barədə məlumat əldə edəndən sonra G. Əhmədovanın səhhəti pisləşib.

Qaldı ki, xəbərimizin Güləır xanımın aclığa başlaması hissəsinə, bunun da doğru olduğuna əminik. Gülər xanım, sadəcə ona verilən yeməkdən imtina edib. Aydın məsələdir ki, belə bir xəbər alan və səhhətində problem yaşayan şəxsin yeməkdən imtinası çox normal haldır. Amma bu imtina açıq şəkildə baş verib ki, bunun da siyasi terminologiyadakı adı aclıq aksiyasıdır.

İndi biz nə edək, təcridxana rəhbərliyindən, yemək paylayandan xahiş edək ki, çixib bu fakti da onlar təsdiq eləsin?

Orxan
AzNews.az