Xətai rayonunda avtobus dayanacağı zəbt edilib. Xətai rayonunda avtobus dayanacağı zəbt edilib.

Avtobus dayanacağı zəbt olunub - Bakıda

Xətai rayonunda avtobus dayanacağı zəbt edilib.

AzNews.az xəbər verir ki, Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev məlumat verib. Onun sözlərinə görə, sözü gedən əraziyə baxış keçirilib:

“Rayonun İnqilab İsmayılov küçəsində avtobus dayanacaq məntəqəsinin ətrafı zəbt edilib. Quruma bununla bağlı müraciətlər daxil olub və əraziyə baxış keçirilib. Müəyyən edilib ki, məlum olmayan səbəbdən dayanacaq məntəqəsinin ətrafı hasarlanıb. Nəticədə dayanacaq pavilyonunun şüşələri qırılıb, dirəklər zədələnib”.

Mais Ağayev qeyd edib ki, dayanacağın ətrafı hasarlandığından sərnişinlərin məntəqəyə gəlişi təhlükəli hal alıb: “Bunun üçün sərnişinlər məcburi qaydada yolun hərəkət hissəsinə çıxırlar ki, bu da onların təhlükəsizliyi baxımından ciddi problemdir”.

Bahar RÜSTƏMLİ
AzNews.az

image description image description