Nəqliyyat naziri 1 milyard manat istəyib

"Bir gün bunun məsuliyyətini məndən soruşan tapılacaq, belə işə qol qoymaq olmaz"

Maliyyə Nazirliyi Nəqliyyat Nazirliyinin Bakı Dəmiryolu Vağzalının Biləcəriyə köçürülməsinə dair təqdim etdiyi layihəni büdcənin investisiya xərclərinə salmaqdan imtina edib. Bu ilin dövlət büdcəsi tərtib olunan zaman nazirlər Samir Şərifovla Ziya Məmmədov arasında böyük narazılıq yaranıb.

"Qafqazinfo" xəbər verir ki, "Bizim yol" qəzetini bu barədə bilgiləndirən mənbənin sözlərinə görə, maliyyə naziri etirazına səbəb kimi layihənin dəyərindən dəfələrlə çox dəyərləndirilməsini göstərib. Belə ki, nəqliyyat naziri yeni dəmir yolu vağzalının tikintisi üçün büdcədən 1 milyard manat istəyib. Maliyyə naziri yaxın çevrəsinə "bir gün bunun məsuliyyətini məndən soruşan tapılacaq, belə işə qol qoymaq olmaz" deyib.

Mənbə bildirib ki, Ziya Məmmədov layihə ilə bağlı dövlət başçısı ilə görüşərək razılıq almaq niyyətindədir.

AzNews.az