- Köhnə - Cəmiyyət
- 28 Mart 2013 11:34
- 1 493
Seçkilər mayda keçiriləcək

Bu açıqlamanı apa-ya İctimai Palatanın (İP) Koordinasiya Şurasının (KŞ) üzvü Vidadi Mirkamal verib.
O deyib ki, Koordinasiya Şurasının üzvlüyünə seçkilər plana uyğun olaraq 2013-cü ilin yanvarında keçirilməli olsa da, prezident seçkilərinə hazırlıqla bağlı bu məsələdə dəyişiklik edilib: "İctimai Palatanın 2012-ci ilin dekabrında keçirilən sessiyasında Koordinasiya Şurasının üzvlüyünə keçirilməsi nəzərdə tutulan seçkilərin vaxtında dəyişiklik edilib".
V.Mirkamal seçkilərin may ayında mütləq keçiriləcəyini və bu dəfə də təxirə salınmasının mümkünsüzlüyünü qeyd edib: "Prezident seçkilərinə hazırlıq heç bir halda Koordinasiya Şurasına keçiriləcək seçkiləri təxirə sala bilməz". O, İP KŞ-nin üzvlərinin sayının artırılması ilə bağlı təklifləri də dəyərləndirib. Onun sözlərinə görə, qurum üzvlərinin sayının artırılması yox, əksinə, azaldılması məqsədəuyğundur: "Çünki çoxluq heç də həmişə faydalı olmur. Fikrimcə, üzvlərinin sayının 17 olması da çoxdur. Tərkibdə 13-15 nəfərin olması daha yaxşı olardı. Üzvlərin sayının çoxluğu müəyyən problemlər də yarada bilər".
AzNews.az