Müsabiqə 2018-ci il fevralın 28-də başlayıb, mayın 30-da başa çatsa da, nəticələr elan olunmayıb. Müsabiqə 2018-ci il fevralın 28-də başlayıb, mayın 30-da başa çatsa da, nəticələr elan olunmayıb.

Daxili İşlər Nazirliyi müsabiqə keçirdi, heç bir jurnalistə yer verilmədi

Müsabiqə 2018-ci il fevralın 28-də başlayıb, mayın 30-da başa çatsa da, nəticələr elan olunmayıb.

Qeyd edək ki, qaliblər üçün müəyyən edilən mükafat indiyədək jurnalistlər arasında keçirilən müsabiqələr arasında ən yüksəyi idi: I yer 3000 manat, II yer 2000 manat, III yer 1000 manat.

DİN-nin müsabiqə komissiyası əvvəlcə müsabiqə nəticələrinin ilin sonundək elan ediləcəyini desə də, sonradan ümumiyyətlə nəticələr ləğv edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, jurnalist yazılarını dəyərləndirən komissiya üzvləri ümumilikdə daxil olan materiallardan narazı qalıb:

“Materiallar içərisində polisin fəaliyyətini tam tərənnüm edən yazılar olmayıb. Ona görə də müsabiqənin qalibləri yoxdur”.

Müsabiqənin bu cür sonluqla yekunlaşması DİN-ə yazı təqdim edən bəzi jurnalistlərin narazılığı ilə qarşılanıb.

AzNews.az