Millət vəkili çağırış etdi

Bütün duyarlı insanlarımızı Süleyman bəyə, Osman bəyə, bütün yaradıcı heyətə və TRT-yə təşəkkür göndərməyə çağırıram.


Bu sözləri "Facebook" profilində millət vəkili Qənirə Paşayeva yazıb. O, sözügedən filmin yaradıcı heyətinə təşəkkür edib:

"Dəyərli və çox sevdiyim ailə dostum Osman Sınav və dəyərli xanımı, sevimli dostum Tangül xanıma, dəyərli qardaşımız Süleyman Çobanoğluna böyük təşəkkür edirəm ki, dəyərli qardaşımız, böyük qəhrəmanımız və şəhidimiz Mübariz İbrahimovun xatirəsini "Sakarya-Sırat" filmində böyük hörmətlə yad edib və onu gənclərə örnək olaraq göstəriblər. Osman bəyi və ailəsini yaxından tanıyan bir insan kimi bu dəyərli dostlarımın qəlbindəki Azərbaycan sevdasının nə qədər böyük olduğunu bilirəm. Sonuncu və uzun söhbətimizdə də Azərbaycanla bağlı planlarını, Azərbaycana öz sənəti ilə necə dəstək verə biləcəyi ilə bağlı sevgi dolu sözlərini, fikir mübadiləmizi heç zaman unutmaram. Osman bəy və ailəsi bizi gerçəkdən də qardaş-bacı olaraq görən insanlardır. Qəhrəmanımız Mübariz İbrahimovla bağlı dəyərli qardaşımız Süleyman Çobanoğlu ilə birgə bu addımlarını alqışlayır və bir daha təşəkkür edirəm. Süleyman bəyə də xüsusi təşəkkürlər. İnşallah bir-iki günə İstanbulda görüşəndə insanımızın onların bu addımını nə qədər böyük qiymətləndirdikıərini söyləyəcək və Türk milləti gəncliyinə belə bir qəhrəmanı daha yaxından tanıtmaq və örnək göstərməklə böyük bir iş gördüklərini söyləyəcəyəm. Allah razı olsun! Məkanı cənnət şəhidimiz və qardaşımız Mübarizi isə heç zaman unutmayacağıq. Süleyman bəy və Osman bəyin bu addımından bir çox sənətçilər ibrət götürsə yaxşıdır. Bütün yaradıcılıqları böyu bir dəfə də Qarabağ mövzusuna yer verməyən, ən azı Xocalı Soyqırımında sosial şəbəkələrdə bir mesajı belə paylaşmayan bir çox sənətçilərə, sənət adamlarına.. Mən bütün duyarlı insanlarımızı Süleyman bəyə, Osman bəyə, bütün yaradıcı heyətə və TRT-yə təşəkkür göndərməyə çağırıram. Biz bununla bu kimi addımlara nə qədər böyük qiymət və dəyər verdiyimizi də göstərərək".

AzNews.az