- Köhnə - Cəmiyyət
- 29 Mart 2013 11:58
- 2 934
Afrikadakı səfirliyimizdən bəyanat
"Qafqazinfo"nun məlumatına görə, bəyənatda Soyqırımın tarixi və ağır nəticələri haqda geniş məlumat verilib. 31 Mart Azərbaycanlıların Soyqırımı haqda ümumi məlumat əks olunan bəyənatda həmçinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi çərçivəsində Xocalı Soyqırımının baş verdiyi vurğulanıb və bu problemin hazırki günədək öz həlli yolunu tapmadığı bildirilib.
Həmçinin bəyənat CAR-da fəaliyyət göstərən Azərbaycan Dostları (Friends of Azerbaijan) qeyri hökumət təşkilatının rəsmi internet səhifəsində yerləşdirilib.
( http://azerbaijan.org.za/index.php/history/44-1918-genocide-of-azerbaijanis-by-armenian-forces ). İnternet səhifəsində Azərbaycanlıların Soyqırımına aid materiallara dair linklər göstərilmiş, o cümlədən Azərbaycan Respublikasının Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasının E-kataloqunda yerləşdirilmiş ingilis dilində bu hadisəyə aid materiallara linklər verilib.
Bəyənatın sonunda münaqişənin həlli ilə bağlı beynəlxalq ictimaiyyət Ermənistanın təcavüzünə qarşı qəti və güclü mövqedə dayanmağa çağırılıb.
AzNews.az