Yaponiya xarici işlər naziri Şəhidlər xiyabanını ziyarət edib

Yaponiya xarici işlər naziri Taro Kono sentyabrın 5-də Şəhidlər xiyabanına gələrək Azərbaycanın azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.

AzNews.az Azərtac-a istinadən xəbər verir ki, Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən Yaponiya xarici işlər nazirinə Şəhidlər xiyabanının tarixi və şəhərimizdə aparılan abadlıq-quruculuq işləri barədə ətraflı məlumat verilib.

AzNews.az