6 marşrut müsabiqəyə çıxarılıb - vətəndaşların müraciətləri əsasında

AzNews.az Modern.az-a istinadən xəbər verir ki, Bakı Nəqliyyat Agentliyi daha 6 marşrut xəttini müsabiqəyə çıxarıb. BNA-nın mətbuat katibi Mais Ağayevin açıqlamasına görə, bunlar 1, 2, 18, 61, 147 və 217 nömrəli müntəzəm marşrut xətləridir.

M.Ağayevin bildirdiyinə görə, daxil olan vətəndaşların müraciətləri əsasında sadalanan müntəzəm marşrut xətləri üzrə təhlillər aparılıb və bir sıra çatışmazlıqların olduğu müəyyən edilib:

“Bunu nəzərə alaraq, qeyd edilən xətlərin müsabiqəyə çıxarılması qərara alınıb. Məqsəd, bu xətlər üzrə sərnişindaşıma xidmətlərinin keyfiyyətinin artırılmasıdır. Müsabiqədə iştirak etmək istəyənlər Bakı Nəqliyyat Agentliyinə müraciət edə bilər”.

AzNews.az