- Köhnə - Cəmiyyət
- 10 Sentyabr 2018 11:10
- 10 160
Depressiyadan necə qorunaq?
Depressiya ən geniş yayılmış əsəb pozuntusudur.
Araşdırmalara görə hər beş nəfərdən biri ömründə heç olmasa bir dəfə depressiyaya düşür. Adi emosional dəyişikliklərdən fərqli olaraq depressiyada əhvali-ruhiyyənin enməsi və digər emosional pozuntular davamlı olur və bir sıra hallarda səbəbsiz meydana çıxır.
İnsanlar zaman-zaman özlərini hüznlü və bədbəxt hiss edərlər. İşindən ayrılmaq, sevdiyini itirmək və ya müvəffəqiyyətli ola bilməmək hüznə gətirib çıxaran həyat hadisələrindəndir. Qısaca hüzn normal həyatın bir parçasıdır. Ancaq bu hüznlü vəziyyətin uzanması və səbəbsiz ortaya çıxması ruh sağlamlığı problemidir və depressiya olaraq təyin olunar.
AzNews.az depresiyadan qorunmaq yollarını təqdim edir.
İdman edin
Əgər qaçmağı sevmirsinizsə gün ərzində 1-2 saat yeriyə bilərsiniz. Aparılan araşdırmalar göstərir ki, gün əzrində 1-2 saat idman edən şəxslərin depresiyaya düşmək ehtimalları azdır. İdman etmək sizdə özünüzə güvən qazandırar belə olduğu halda da depresiyadan yan keçərsiniz.
Özünüzü və başqalarını mühakimə etməyi buraxın
Nə vaxtsa kimisə mühakimə etdiyinizi hiss edərsəniz mühakiməni dərhal dayandırın. Hər dəqiqə pozitiv olmağa çalışın.
Buraxın getsin
Bəzən özünüzü yaxşı hiss etmənizin ən vacib yolu, sizi üzən hadisələrdən uzaqlaşmaqdır. Ürəyinizi sıxan mövzunu həyatınızın mərkəzinə qoymaqdan əl çəkin. Sizi üzən dostlarınızla aranıza məsafə qoya bilər, istəmədiyiniz hər şeyə “YOX” deyə bilərsiniz.
Həyatınızın idarəetməsini öz əlinizə alın
Həyatınızı mənfi duyğuların idarəetməsinə icazə verməyin. Daha müsbət baxış əldə etmək üçün çox çalışın.
Bu günü yaşayın
Yaşanılmış və dəyişdirilməsi mümkün olmayan hadisələri düçünməkdən əl çəkin. Özünüzlə bağlı mənfi fikirlərdə olmayın.
Nigar CƏFƏR
AzNews.az