- Köhnə - Cəmiyyət
- 11 Sentyabr 2018 08:51
- 7 492
“Şahdağ” Turizm Agentliyindən alındı - Nazirliyin tabeliyinə verildi
Nazirlər Kabineti Dövlət Turizm Agentliyinin tabeliyində olan “Şahdağ” Qış-Yay Turizm Kompleksi ilə bağlı qərar verib.
AzNews.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, qərara görə Dövlət Turizm Agentliyinin tabeliyində olan “Şahdağ” Qış-Yay Turizm Kompleksinin Müdiriyyəti Mədəniyyət Nazirliyinin tabeliyinə verilib.
Həmçinin, Nazirlər Kabinetinin 2018-ci il 7 iyun tarixli 255 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nın 4.2-ci bəndi ləğv edilib.
AzNews.az