“Heç zaman siqaretdən kömək istəməmişəm”

Millət vəkili Aydın Mirzəzadə mətbuata açıqlamasında televiziya verilişlərində, filmlərdə siqaretlə olan təsvirlərə qadağa qoyulması təklifi ilə çıxış edib. Onun fikirincə, bu hal siqaretin gizli reklamına xidmət edir.

Bununla bağlı xalq artisti Rasim Balayevin fikirlərini öyrəndik. O, AzNews.az-a açıqlamasında maraqlı məqamlara toxunub:

"Mən heç zaman yaratdığım obrazda siqaretdən kömək istəməmişəm. Amma aktyorlar var ki, obraza girmək üçün siqaretin köməkliyindən istifadə edir. Aktyor yeri gələndə düşünüb-daşınmalı, ağlamalı, əsəbləşməlidir. Bəzən isə bu siqaretlə bağlı səhnələr ssenaridə nəzərdə tutulur və bundan qaçmaq olmur. Amma əsas odur ki, Azərbaycan üçün ortaya nəsə qoya biləcək filmlər çəkilsin. Tarixdə siqaret deyil, həmin filmlər qalır. Küçələrdə siqaretlərin reklamı gedir. Necə olur, küçədə bunu reklam edirlər, filmə gələndə yox?".

Bahar Rüstəmli
AzNews.az