Ağdam Mərkəzi Xəstəxanasında şok - 132 həkim yeri boşdur

Ağdam Rayon Mərkəzi Xəstəxanasında 132 həkimə ehtiyac var.

Bunu AzNews.az-a açıqlamasında xəstəxananın baş həkim əvəzi Elxan Ələsgərov deyib.

Onun sözlərinə görə, hazırda xəstəxanada 132 həkim, 212 tibb bacısına ehtiyac var. Baş həkim bunun səbəbini həkimlər üçün normal şəraitin olmaması ilə izah edib: “Həkimlər şəhərdəki şəraitlərinə uyğunlaşıblar. Onlar burdakı şəraitə uyğunlaşa bilmirlər. Deyirlər ki, burada qala bilmirlər. Həkimlərimiz azdır. Kim müraciət eləsə, işlə təmin olunacaq”.

Ağdam Mərkəzi Xəstəxanasında boş qalan yerlərin siyahısını tədim edirik:

Bahar RÜSTƏMLİ
AzNews.az

image description image description image description image description