Jurnalist Cavid Zeynallı baş redaktor təyin olundu

Yazıçı-jurnalist Cavid Zeynallı Azərbaycan Dillər Universitetinin adu.edu.az saytının baş redaktoru və universitetin İctimaiyyətlə Əlaqələr Departamenti müdirinin müavini təyin olunub.

AzNews.azın məlumatına görə, bu barədə universitetin rektoru akademik Kamal Abdulla müvafiq əmr imzalayıb.

C. Zeynallı açıqlamasında bildirib ki, Dillər Universitetinin böyük, istiqanlı və yüksək peşəkarlığa malik kollektivi var: “Dillər Universiteti ölkəmizin qabaqcıl, yüksək nüfuzlu təhsil ocağıdır. Dünyanın ən böyük ölkələrinin universitetləri ilə sıx əlaqəsi, əməkdaşlığı var. Fəaliyyətimi bu təhsil ocağında davam etdirmək təklifini məmnuniyyətlə qəbul etdim. Universitetin rektoru akademik Kamal Abdullaya mənə olan inamına görə təşəkkür edirəm. Jurnalistikada qazandığım təcrübəni Azərbaycan Dillər Universitetində aparılan böyük işlərin ictimaiyyətə daha geniş çatdırılmasına sərf edəcəm. Ümid edirəm, bunun öhdəsindən gəlmək çətin olmayacaq”.

AzNews.az