- Köhnə - Cəmiyyət
- 21 Sentyabr 2018 17:58
- 7 962
Neftçilәr Xәstәxanasının baş direktoru işdən azad edilib - Öz xahişi ilə
Mәrkәzi Neftçilәr Xәstәxanasının (MNX) baş direktoru Hikmәt Hәsәnov işdәn çıxıb.
AzNews.az xəbər verir ki, bu barədə Sputnik Azərbaycan-a Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, o, öz xahişi ilə işdən azad edilib. Hələlik bu vəzifəyə kimin təyin ediləcəyi bilinmir.
Qeyd edək ki, H.Həsənov cari ilin fevralında MNX-nın baş direktoru vəzifəsinə tәyin edilmişdi.
AzNews.az