- Köhnə - Cəmiyyət
- 25 Sentyabr 2018 17:59
- 5 283
AMEA və “Turkish Aerospace” şirkəti əməkdaşlıq edəcək
Bu gün Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) ilə “Turkish Aerospace” şirkəti arasında əməkdaşlıq protokolu imzalanıb.
AzNews.az xəbər verir ki, məqsəd AMEA nəzdində akademik proqramlar vasitəsilə müdafiə və aviasiya sahəsində davamlı əməkdaşlığın qurulması, təcrübə mübadiləsi əsasında tədqiqat və inkişaf üzrə fəaliyyətin sürətləndirilməsidir.
Bundan əlavə, əməkdaşlıq elmi-tədqiqat və innovasiya sahələrində iş birliyinin möhkəmləndirilməsi, layihə və inkişaf proqramlarının reallaşdırılması, qarşılıqlı məsləhət və xidmətlərin təşkili, eləcə də birgə elmi-praktik görüşlərin keçirilməsinə xidmət edəcək.
Sənədi AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev və “Turkish Aerospace” şirkətinin insan resursları üzrə vitse-prezidenti Mustafa Akkurt imzalayıblar.
Nurlan AĞA
AzNews.az