Müdafiə Nazirliyi ilə Müdafiə Sənayesi Nazirliyi arasında memorandum imzalandı

Müdafiə Nazirliyi ilə Müdafiə Sənayesi Nazirliyi arasında yeni rabitə vasitələrinin təchizatına dair anlaşma memorandum imzalanıb.

Bu barədə AzNews.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Sənədi Bakı Ekspo Mərkəzində keçirilən "ADEX 2018" üçüncü Azərbaycan Beynəlxalq müdafiə sərgisi çərçivəsində Müdafiə naziri general-polkovnik Zakir Həsənov və Müdafiə Sənayesi nazirinin müavini Yəhya Musayev imzalayıblar.

AzNews.az