- Köhnə - Cəmiyyət
- 1 Aprel 2013 16:15
- 2 375
Fəhlələr imtahan veriblər
ARDNŞ-in vitse-prezidentinin müşaviri Asif Şəfəqqətovun sədrlik etdiyi imtahan komissiyası, o cümlədən "Azərikimya" İB-nin baş mütəxəssisləri qarşısında peşə imtahanı verən tələbə-tornaçılar da yanvar-fevral aylarında Etilen-polietilen və Mexaniki-təmir zavodlarının, Təmir-tikinti İdarəsinin mexaniki sexlərində peşəkar tornaçıların və STTM-in təlim ustalarının, həmçinin sex mütəxəssislərinin nəzarəti altında istehsalat təcrübəsində olub, müxtəlif təyinatlı torna dəzgahlarında peşə vərdişlərinə bacarıqla yiyələniblər.
STTM -in ilk məzunları müvafiq nəzəri bilik və praktik bacarıq nümayiş etdirərək, sabahın gənc tornaçıları kimi istehsalata vəsiqə alıb.
Tədbirdə "Azərikimya" İB-nin Müşahidə Şurasının sədri, Milli Məclisin deputatı Muxtar Babayev və ARDNŞ-in Təlim-Tədris və Sertifikatlaşdırma İdarəsinin rəisi Fuad Süleymanov STTM-in rəhbərliyini və gənc tornaçıları ilk buraxılış münasibətilə təbrik edib, məzunlara gələcək əmək fəaliyyətlərində uğurlar arzulayıblar.(modern.az)
AzNews.az