MOİK rəisi Beynəlxalq Cüdo Federasiyasının nümayəndələri ilə görüşüb

Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində Mərkəzi Ordu İdman Klubunun (MOİK) rəisi polkovnik-leytenant Rəşad Quliyev ölkəmizdə səfərdə olan Beynəlxalq Cüdo Federasiyasının rəsmisi Stefan Marginean ilə görüşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, görüşdə hərbi təhsil müəssisələri və hərbi hissələrdə cüdo idman növünün tədris proqramına daxil edilməsi, tədris materialları ilə təmin olunması haqqında müzakirələr aparılıb, eləcə də birgə əməkdaşlığın əhəmiyyəti vurğulanıb.

AzNews.az