Adil Baxşəliyev vəzifədən getdi - Nazir əmr verdi

Akademik C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktoru Adil Baxşəli oğlu Baxşəliyev tutduğu vəzifəsindən azad edilib.

Səhiyyə Nazirliyindən AzNews.az-a bildirilib ki, bu barədə səhiyyə naziri Oqtay Şirəliyev əmr imzalayıb.

Nazirin digər əmrinə əsasən, Dadaşova Gülnaz Mahir qızı Akademik C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktoru vəzifəsinə təyin edilib.