- Köhnə - Cəmiyyət
- 28 Sentyabr 2018 11:18
- 12 632
Payız depressiyası – Narahatlıq, kökəlmə, qərarsızlıq, istəksizlik...

Yay bitdi və artıq, payızın ilk günlərini yaşayırıq.
Payız elə bir fəsildir ki, ən həyat dolu insanlar belə depressiyaya düşə bilər. Demək olar, heç kim mövsümi və ya payız depressiyasından sığortalanmayıb.
Ümumrusiya Professional Psixoterapiya Liqasının həqiqi üzvü, Eros psixologiya mərkəzinin psixoloqu Səbinə Bayramova AzNews.az-a payız depressiyası haqqında danışıb:
- Payız depresiyası
Mövsümi depressiyadır. Payız aylarında havanın dəyişməsi, yarpaqların saralıb tökülməsi, gündüzlərin qısalıb, gecələrin uzanması, günəş şüalarının istiliyinin zəifləməsi insan əhval-ruhiyyəsinə təsir edir. Bu səbəblər insan beynində kimyəvi maddələrdən biri olan serotonin hormonunu azaldır. Serotonin xoşbəxtlik hormonudur. Payız depressiyası təkcə mövsümlə əlaqəli deyil. Əgər şəxsin hər hansısa problemi varsa, o insan da payız depressiyasına düşə bilir. Depressiyanı digər psixoloji problemlərlə qarışdırmamaq üçün bilmək lazımdır ki, depressiyanın özünə məxsus əlamətləri var.
- PayIz depresiyanın əlamətləri
1. Depressiya başlayanda insan gün ərzində özün narahat hiss edir.
2. Enerji azalması müşahidə olunur.
3. Çəki itirmə və ya çəki artması.
4. Fokslanmanın zəifləməsi, diqqət dağınıqlığı.
5. Qərarsızlıq.
6. Dəyərsizlik və günahkarlıq hissi.
7. Cinsi istəyin azalması və ya istəksizlik.
8. Yuxusuzluq yaranması və ya çox yatmaq istəyi.
- Depresiyadan çıxmağın yolları
1. İdman edin. İdman etdiyiniz zaman metobolizmanız sürətlənər və enerjiniz artar
2. Gün ərzində açıq havada 20-30 dəqiqə vaxt keçirin, gəzin.
3. Təlim və tədbirlərə qatılın.
4. Sevdiyiniz şəxslərlə birlikdə vaxt keçirin.
5. Yuxu rejiminizə diqqət edin.
Əgər bunları etmək sizə kömək olmursa, mütləq şəkildə mütəxəssislərə müraciət edin.
Nigar CƏFƏR
AzNews.az