- Köhnə - Cəmiyyət
- 28 Sentyabr 2018 15:23
- 8 693
Komitə sədri Cocuq Mərcanlıda qəbul keçirib
Sentyabrın 28-də Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində vətəndaşları qəbul edib.
Dövlət Gömrük Komitəsindən AzNews.az-a verilən məlumata görə, Səfər Mehdiyev yerli sakinlərlə görüşüb, onların şəraiti və qayğıları ilə maraqlanıb. Daha sonra vətəndaşların qəbulu keçirilib. Qəbulda bölgədə yerləşən - Cocuq Mərcanlı kəndi (Cəbrayıl), Füzuli, Zəngilan, Qubadlı və Xocavənd rayonlarının sakinlərinin müraciətləri dinlənilib. Vətəndaşların müraciətləri əsasən gömrük orqanlarında işə qəbul və digər gömrük məsələləri ilə bağlı olub.
Səfər Mehdiyev hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib və qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli barədə müvafiq strukturların rəhbərlərinə tapşırıqlarını verib.
AzNews.az