Məsut Kurnaz: «Məqsəd ətraf mühitin qorunub saxlanılması mövzusunda gənc nəsli bilikləndirmək, şagirdlərdə ekoloji süuru inkişaf etdirməkdir» Məsut Kurnaz: «Məqsəd ətraf mühitin qorunub saxlanılması mövzusunda gənc nəsli bilikləndirmək, şagirdlərdə ekoloji süuru inkişaf etdirməkdir»

Bakı daha bir beynəlxalq olimpiadaya ev sahibliyi edəcək

Məsut Kurnaz: «Məqsəd ətraf mühitin qorunub saxlanılması mövzusunda gənc nəsli bilikləndirmək, şagirdlərdə ekoloji süuru inkişaf etdirməkdir»




"Aprelin 5-6-da Bakıda Ətraf Mühitin Mühafizəsi 7-ci Beynəlxalq Layihə Olimpiadasının (İNEPO) keçiriləcək. Olimpiada ənənvi olaraq hər il aprel ayının birinci ongünlüyündə keçirilir.

Müxtəlif ölkələrdən gəlmiş məktəblilər ətraf mühitin çirklənməsinin qarşısını almaq üçün özlərinin layihələrini təqdim edirlər. Təqdim olunan layihələr münsiflər heyəti tərəfindən qiymətləndirilir. Olimpiadanın keçirilməsi Azərbaycanda və dünyada artmaqda olan ekoloji problemlərin həlli və ətraf mühitin qorunub saxlanılması mövzusunda gənc nəsli bilikləndirmək, şagirdlərdə ekoloji süuru inkişaf etdirmək məqsədlərinə xidmət edir". Bunu dünən keçirilən mətbuat konfransında Azərbaycan - Türkiyə Özəl Liseyləri Baş İdarəsinin rəisi Məsut Kurnaz bildirib.

M.Kurnazın sözlərinə görə, bu il keçirilən VII "İnepo Avrasiya" Ekologiya Olimpiadasında 45 ölkədən 500-ə yaxın iştirakçı yarışacaq: "Ötən il Bakıda keçirilən olimpiadaya 42 ölkədən 250-dən artıq iştirakçı qatılıb. Azərbaycan məktəblərindən 200-dən artıq layihə arasından 70 layihə, xarici ölkələrdən isə 48 layihə seçilib. Bu il isə Azərbaycanla yanaşı 45 xarici ölkədən layihə daxil olub. Xaricdən göndərilən 625 layihədən 52-si seçilib. Azərbaycanda isə 180 orta məktəbdən 214 layihə təqdim olunub. Onlardan 78-si növbəti mərhələyə keçib".
"Çağ Öyrətim" İşlətmələri Şirkətinin İdarə Heyətinin sədri Ənvər Özərən isə olimpiadaya qatılanların sayının ildən-ilə artmasının böyük uğur olduğunu qeyd edib: "Bu gün dünyada ekologiya sahəsində mövcud olan problemlər və onların həlli daima müzakirə olunan əsas məsələlərdəndir.

Sənaye və texnologiya inkişaf etdikc onun yaratdığı problemlərə qarşı qabaqlayıcı tədbirlər görülməlidir. Bu gün xəstəliklər dünənə nisbətən daha çoxdur. Buna qarşı tədbirlərin görülməsi, ətraf mühitin qorunması hər ötən gün aktuallığını artırır. Azərbaycanda da hər kəs buna özünəməxsus formada layiqli töhfələr verməyə çalışırlar. Ətraf Mühitin Mühafizəsi VII Beynəlxalq Layihə Olimpiadası da belə tədbirlərdən biridir. Bununla şagirdləri ətraf mühitin qorunması sahəsində lazımi işlər görməyə yönləndirmək istəyirik. Bir məsələni də xüsusi qeyd etməliyik ki, iştirakçı sayınınçoxluğuna görə, Türkiyədən sonra ikinci yerdə Azərbaycan gəlir".
Qeyd edək ki, Beynəlxalq olimpiada Təhsil Nazirliyi, İDEA, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, İctimai Televiziya və Radio Yayımları Şirkəti, "Çağ Öyrətim" İşlətmələri Şirkəti və "İnepo-Avrasiya" Ekologiya İctimai Birliyinin təşkilatçılığı ilə baş tutacaq.

Xalid
AzNews.az