Sabah saat 15:00-da NİDA Vətəndaş Hərəkatının həbs olunan İdarə Heyəti üzvü Rəşadət Axundovun apelyasiya şikayətinə baxılacaq. Sabah saat 15:00-da NİDA Vətəndaş Hərəkatının həbs olunan İdarə Heyəti üzvü Rəşadət Axundovun apelyasiya şikayətinə baxılacaq.

«N!DA»çı Rəşadətin məhkəməsi olacaq

Sabah saat 15:00-da NİDA Vətəndaş Hərəkatının həbs olunan İdarə Heyəti üzvü Rəşadət Axundovun apelyasiya şikayətinə baxılacaq.




Bu barədə "Qafqazinfo"ya hərəkatın mətbuat koordinatoru Elmin Bədəlov məlumat verib.

E. Bədəlov bildirib ki, şikayət R. Axundovun həbsinin qanunsuz hesab edilməsi və həbs-qətiimkan tədbirinin ləğv olunması ilə bağlı verilib. İşə hakim Mirpaşa Hüseynov baxacaq.

Qeyd edək ki, martın 30-da Nəsimi rayon Məhkəməsi "N!DA"çı Rəşadət Axundov barəsində 3 aylıq həbs qərarı çıxarıb. Ona qarşı Cinayət Məcəlləsinin 228.3-cü (qanunsuz olaraq partlayıcı maddələr və qurğular əldə etmə, hazırlama, daşıma və gəzdirmə) maddəsi ilə ittiham irəli sürülüb.

AzNews.az