- Köhnə - Cəmiyyət
- 8 Aprel 2013 10:03
- 3 576
Müdafiə Nazirliyi əsgərin ölümü ilə bağlı rəsmi açıqlama verdi
Mətbuatda yayılan məlumatlarda bildirilir ki, əsgər "ştıknojla" vurulub və qətlə yetirilib. İddiaya münasibət bildirən nazirlik rəsmisi deyir ki, intihar edən əsgər Elman İmanov başqa biri tərəfindən vurulubsa bunu nə üçün gizlətməliyik?: "Valideyinlərin dərdini, acısını başa düşürük. Lakin əsgər ölümündən başqa məqsədlər üçün istifadə edənlərin və buna nəyin bahasına olursa-olsun don geyindirənlərin əməlləri başa düşülmür. Əsgərin ölmünü nazirliyin daxili təhqiqat idarəsi, hərbi tibbi ekspertiza, hərbi polis və nəhayət prokurorluq araşdırır. Bu qurumlar niyə yalan danışmalı və məsuliyyətin altına girməlidirlər? Əlində heç bir dəlil-sübutu, ekspertiza rəyi olmadan və araşdırma aparan qurumların mövqeyini öyrənmədən belə məlumatı vermək nə həmin mətbuat orqanına, nə ordumuza, nə də dövlətimizə xeyir gətirmir, əksinə düşmənə əlavə impuls verir".
Xatırladaq ki, Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilir ki, Tərtər rayonunda yerləşən N saylı hərbi hissənin əsgəri İmanov Elman Yaqub oglu postda olarkən tabeliyində olan avtomat silahdan açılan atəş nəticəsində həlak olub.
AzNews.az