- Qərb
- 14:29
- 848
Pedro Sançez Trampa: İspaniya bu müharibəyə qarşıdır
ABŞ və İsrailə qarşı reaksiyalar məhdud sayda gəlsə də, Avropadan ən açıq etiraz İspaniyadan gəldi.
İsrailin Qəzzadakı qətliamına da ən açıq və sərt şəkildə etiraz edən İspaniya, bu dəfə ABŞ-ı qarşısına aldı.
İrana qarşı hücumlarda ABŞ-ın öz bazalarını istifadə etməsinə icazə verməyən İspaniya, ABŞ Prezidenti Donald Trampın hər fürsətdə tətbiq etdiyi iqtisadi və ticarət sanksiyaları ilə üzləşdi.
Əməliyyatlarda bəzi Avropa ölkələrinin yardım etdiyini, bəzilərinin isə etmədiyini deyən Tramp bildirib:
“İspaniya dəhşətli davrandı. Hətta (ABŞ Maliyyə Naziri) Skotta İspaniya ilə bütün işləri dayandırmasını dedim. Hər şey mənim Avropa ölkələrinin hər birinin (müdafiə xərcləri üçün) 5 faiz ödəməli olduğunu söylədiyim vaxt başladı. Onsuzda etmələri lazım olan budur. Hər kəs buna həvəsliydi, Almaniya da daxil. Amma İspaniya etmədi.”
Tramp əlavə edib:
“İspaniya bizə bazalarını istifadə etməyəcəyimizi dedi, amma problem deyil, onlara ehtiyacımız yoxdur. İstəsək ora uçub istifadə edə bilərik. Heç kim bizə istifadə etməməyi deyə bilməz.”
Buna ehtiyacları olmamasına baxmayaraq İspaniyanın dostcasına davranmadığını söyləyən Tramp, İspaniya rəhbərliyini tənqid edib.
NATO daxilində 5 faiz hədəfini rədd edən tək ölkənin İspaniya olduğuna diqqət çəkən Tramp bildirib:
“Heç bir faizə çıxmağı qəbul edəcəklərini düşünmürəm. Yalnız 2 faiz səviyyəsində qalmaq istəyirdilər. 2 faiz belə ödəmirlər. Buna görə İspaniya ilə bütün ticarət əlaqələrimizi kəsəcəyik. İspaniya ilə heç bir əlaqəmiz olmasını istəmirik”.
Pedro Sançez isə öz növbəsində bildirib ki, “İspaniya bu fəlakətə və savaşa qarşıdır. Çünki biz hökumətlərin insanların həyatını yaxşılaşdırmaq, problemlərə həll tapmaq üçün var olduğunu, insanların həyatını daha da pisləşdirmək üçün deyil, anlayırıq. Və bu vəzifəni yerinə yetirə bilməyən liderlərin uğursuzluqlarını savaş dumanı ilə ört-basdır etməsi və bu prosesdə bir neçə şəxsin cibini doldurması heç də qəbul edilə bilməz. İspaniya bu savaşa qarşıdır və mövqeyini heç kim dəyişdirə bilməz”.
Mövsüm,
AzNews.az