- Köhnə - Cəmiyyət
- 13 Aprel 2013 14:12
- 2 685
Əli Əhmədov partiyanın fəalları ilə görüşdü- Qusarda
Görüşdə çıxış edən YAP Qusar rayon təşkilatının sədri David İbrahimxəlilov bildirib ki, rayon üzrə təşkilatın üzvləri 5000 nəfərə çatıb. Onlardan 2000-dən çoxu gənc, bir o qədəri isə qadındır. Ərazi ilk təşkilatının sayı 96-ya qədər artıb. YAP Mərkəzi Aparatı tərəfindən bir sıra əhəmiyyətli tədbirlər keçirilib. YAP Qusar rayon təşkilatı fəaliyyətini gücləndirmək məqsədilə təşkilatın maliyyə durumunu yaxşılaşdırmağı qarşısına əsas vəzifələrdən biri kimi qoyub.
Daha sonra görüşdə çıxış edən Əli Əhmədov ilk olaraq partiyanın Qusar rayon təşkilatının fəaliyyətini müsbət qiymətləndirərək qeyd edib ki, YAP Qusar rayon təşkilatı partiyanın strukturunda səmərəli fəaliyyət göstərərək ümumi işə öz töhfələrini verməkdədir: "Azərbaycanın inkişafı, müasirləşməsi bu və ya digər dərəcədə Yeni Azərbaycan Partiyasının və bu partiyanın sıralarında cəmləşən 600 minə yaxın Azərbaycanın fəal vətəndaşlarının əməyinin, fədakarlıqlarının bilavasitə nəticəsidir".
AzNews.az