- Hadisə
- 4 Mart 22:09
- 1 897
Azərbaycan vətəndaşlarının Ciddə şəhərindən təxliyəsi uğurla həyata keçirilib
Yaxın Şərqdə yaranmış vəziyyət səbəbilə uçuşları ləğv olunan Azərbaycan vətəndaşlarının təxliyəsi uğurla həyata keçirilib.
Aznews.az xəbər verir ki, Azərbaycan Hava Yolları şirkətinə məxsus təyyarə 200 nəfərdən çox vətəndaşı Səudiyyə Ərəbistanının Ciddə şəhərindən Bakıya gətirib və təyyarə artıq Heydər Əliyev Beynəlxalq Hava Limanına eniş edib.
Rəsmi məlumata görə, yaxın günlərdə digər istiqamətlərdən də təxliyə reysləri planlaşdırılır.