İSMAYIL ÖMƏROV İKİ GÜN ƏVVƏL TELEVİZİYANI TƏRK EDİB İSMAYIL ÖMƏROV İKİ GÜN ƏVVƏL TELEVİZİYANI TƏRK EDİB

Cəmil Quliyevin adamları İTV-ni nəzarətə götürdü - Özəl

İSMAYIL ÖMƏROV İKİ GÜN ƏVVƏL TELEVİZİYANI TƏRK EDİB



İctimai Televiziyanın baş direktoru postuna seçkilər hələ keçirilməsə də, indiki baş direktor İsmayıl Ömərov artıq vəzifəsini təhvil verib.

AzNews.az-a daxil olan məlumata görə, artıq 2 gün əvvəl İ.Ömərov kabinetini boşaldaraq, yeni baş direktor üçün hazır vəziyyətə gətirib.
Bundan başqa məlumata görə, İ.Ömərovun İTV-ni tərk etməsi heç də şirkətin faktiki olaraq rəhbərsiz qalması demək deyil.

Çünki İTV-nin baş direktoru kürsüsü uğrunda iddialılardan biri- Cəmil Quliyevin də bazar ertəsinə qədər ertələnən seçkilər keçirilmədən artıq yeni vəzifəsinin icrasına hazırlaşdığı bildirilir. Məlumatda o da qeyd olunur ki, C.Quliyevin adamı olduğu güman edilən bir qrup artıq şirkətin binasına gələrək xüsusilə iş şəraiti ilə yaxından tanış olmağa başlayıb.
Qeyd edək ki, İsmayıl Ömərov 8 il icra etdiyi vəzifəyə yenidən seçilmək istəmədiyini bildirərək namizədliyini verməyib. İTV-nin baş direktorluğuna iddialılar arasında isə "Mədəniyyət" kanalının direktoru Cəmil Quliyevin adı hallanır.

Azər
AzNews.az