- Köhnə - Cəmiyyət
- 22 Aprel 2013 09:37
- 2 533
Mikayıl Cabbarovun yerinə direktor kim olacaq?
"İçərişəhər" Qoruğundan Modern.az saytına verilən məlumata görə, idarənin direktoru vəzifəsini hazırda Samir Nuriyev icra edir. O, direktor əvəzidir.
"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsindən onu da bildiriblər ki, direktor təyinatı prezidentin sərəncamındadır və yaxın günlərdə sərəncam verilə bilər.
Xatırladaq ki, 2009-cu il martın 6-dan "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin direktoru vəzifəsində çalışan Mikayıl Cabbarov bu il aprelin 19-da təhsil naziri postuna gətirilib.
AzNews.az