- Köhnə - Cəmiyyət
- 26 Aprel 2013 13:03
- 2 550
TQDK: “Nümayəndəmiz döyülməyib”
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası aprelin 25- də Bakı şəhəri 53 saylı orta ümumtəhsil müəssisəsində keçirilən monitorinq imtahanı ilə bağlı məlumat yayıb
TQDK bununla əlaqədar olaraq bildirib ki, Bakı şəhəri Yasamal rayonu 53 saylı orta ümumtəhsil müəssisəsində aprelin 25-də fizika fənni üzrə keçirilən monitorinq imtahanında XI sinif şagirdlərindən bir neçəsi imtahanın gedişinə mane olaraq intizamsız hərəkətlər ediblər.
Bu, imtahan rəhbəri tərəfindən tənbehlə qarşılanıb və onlara sərt şəkildə xəbərdarlıq edib. İmtahan rəhbərinin sərt reaksiyası şagirdlər tərəfindən kobudluqla qarşılanıb.
İmtahan prosesinin təlimata uyğun qaydada aparılmasını təmin etmək mümkün olub.
Qeyd edirik ki, Komissiya nümayəndələrinin döyülməsi və guya imtahan zamanı hicablı şagirdə geyiminə görə irad bildirilməsi ilə bağlı əvvəlcə sosial şəbəkələrdə, daha sonra KİV-də yayılmış şayiə xarakterli məlumatların heç bir əsası yoxdur.
Elnarə
AzNews.az