Gülər Əhmədovanın vəkilləri tərəfindən səsləndirilən fikirlərin heç bir hüquqi əsası yoxdur Gülər Əhmədovanın vəkilləri tərəfindən səsləndirilən fikirlərin heç bir hüquqi əsası yoxdur

Gülər Əhmədovanın törətdiyi cinayət sübuta yetirilib-Baş Prokurorluq

Gülər Əhmədovanın vəkilləri tərəfindən səsləndirilən fikirlərin heç bir hüquqi əsası yoxdur



Prokurorluq həbsdə olan sabiq millət vəkili Gülər Əhmədovanın vəkilinin açıqlamalarına münasibət bildirib.

Qurumun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov APA-ya deyib ki, Gülər Əhmədovanın vəkili Əfsər Talıbovun guya təqsirləndirilən şəxsin əsassız olaraq həbsdə saxlanılması və istintaq orqanı tərəfindən hər hansı bir istintaq hərəkətinin aparılmaması barədə səsləndirdiyi fikirlərin heç bir hüquqi əsası yoxdur: "Belə ki, Bakı şəhər Prokurorluğunda aparılmış istintaqla Gülər Əhmədova tərəfindən etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə və qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə cinayətlərini törətməsi tam sübuta yetirilib. Ona görə də kifayət qədər əsaslar olduğundan o, təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Hazırda qeyd edilən cinayət işi üzrə Bakı şəhər Prokurorluğunda tam, hərtərəfli və obyektiv istintaq davam etdirilir".

Qeyd edək ki, bir neçə gün əvvəl G. Əhmədovanın vəkili Əfsər Talıbov sabiq millət vəkilinin əsassız olaraq həbsdə saxlanılması və onunla bağlı istintaq orqanı tərəfindən hər hansı bir istintaq hərəkətinin aparılmaması barədə mətbuata açıqlama verib. Ə. Talıbov bununla bağlı baş prokuror Zakir Qaralov, Prezident Administrasiyasının hüquq-mühafizə orqanları ilə iş üzrə şöbənin rəhbəri Fuad Ələsgərov, daxili işlər, ədliyyə nazirlərinə, Bakı şəhər prokuroru Əziz Seyidova, ombudsman Elmira Süleymanovaya, Heydər Əliyev Fonduna, Milli Məclisin sədri Oqtay Əsədova müraciət edib.

AzNews.az