Ağcabədidə doğuş zamanı ana və yeni doğulan uşaq ölüb Ağcabədidə doğuş zamanı ana və yeni doğulan uşaq ölüb

Həkimin səhlənkarlığı faciə ilə nəticələndi

Ağcabədidə doğuş zamanı ana və yeni doğulan uşaq ölüb


Ağcabədidə doğuş zamanı ana və uşaq ölüb. Əvvəlcə 34 yaşlı ana əməliyyat zamanı həyatını itirib, bir saat sonra isə yeni doğulan uşaq dünyasını dəyişib.
Ağcabədidən AZNEWS.AZ-a verilən məlumata görə, rayona qonaq gələn Sumqayıt şəhər sakini Zərifə Hüseynova hamiləliyinin 25-26-cı həftəsində olsa da, ağrıları şiddətlənib. Yaxın qohumu Anar Əhmədov Zərifə Hüseynovanın ölümünü həkimlərin səhlənkarlığı ilə əlaqələndirir.
Ağdaş rayon xəstəxanasından isə bildirilib ki, qadın oraya gətirilən zaman vəziyyəti ağır olub: "Qadın əməliyyata aparılıb. Onun bətnindəki uşağın da öldüyü müəyyən edilib. Həkimlərin sözlərinə görə, 4 gün ev şəraitində qalan hamilə qadın xəstəliyinin beşinci günü həkimə müraciət edib. 34 yaşlı Zərifə Hüseynova beş dəfə hamilə qalsa da, cəmi iki uşağı salamat qalıb".

Xəstəxananın doğum şöbəsinin baş həkimi Nəzakət Quliyevanın sözlərinə görə, ölümün səbəbi tibbi ekspertizanın açıqlamasından sonra məlum olacaq.

Faktla bağlı rayon Prokurorluğunda cinayət işi açılıb.

Ruhiyyə
AzNews.az