İlham Əliyev Latviyanın keçmiş prezidentini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 6-da Latviyanın keçmiş Prezidenti Valdis Zatlersi qəbul edib.

Görüşdə Bakıda keçiriləcək Birinci Cənubi Qafqaz Forumunun önəmi qeyd olunub.

Söhbət zamanı Azərbaycan ilə Latviya arasında ikitərəfli münasibətlərin uğurlu inkişafı məmnunluqla vurğulanıb.

AzNews.az