Abonentlərinin sayı 1 536 777-ə çatdı

Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) "Azəriqaz" İstehsalat Birliyi tərəfindən istehlakçıların təbii qazla fasiləsiz təchiz edilməsi istiqamətində görülən işlərin nəticəsi olaraq mayın 1-ə olan məlumata görə, ölkə üzrə təbii qazla təmin olunan abonentlərin sayı 1 536 777-ə çatıb ki, bunların da 1 518 087-i əhali, 18 690-ı isə qeyri-əhali abonentidir.

ARDNŞ-in mətbuat xidmətindən verilən məlumata görə, həmin abonentlərin 673 492-i Bakı şəhəri (663 803 əhali, 9 689 qeyri-əhali abonenti), 863 285-i isə regionların (854 284 əhali, 9001 qeyri-əhali abonenti) payına düşür.

Ümumilikdə 1 536 535 abonent (99,98 faiz) sayğaclaşdırılıb ki, bunun da 1 517 845-i əhali (99,98 faiz), 18 690-ı qeyri-əhali (100 faiz) istehlakçılarıdır.

Sayğaclaşdırmanın nisbətinə gəlincə, bu sahədə vəziyyət aşağıdakı kimidir: Bakı şəhəri üzrə 663 596 əhali abonenti (99,97 faiz), 9689 qeyri-əhali abonenti (100 faiz), regionlar üzrə isə 854 249 əhali abonenti (100 faiz) və 9001 qeyri-əhali abonenti (100 faiz). Bakı şəhəri üzrə cəmi 673 285 abonent (99,97 faiz), regionlar üzrə isə 863250 abonent (100 faiz) sayğaclaşdırılıb.

01 may 2013-cü il tarixə olan məlumata əsasən, əhali abonentlərinin mənzillərində 705 mindən artıq "smart-kart" tipli sayğac quraşdırılıb.

AzNews.az