AMEA-nın vitse prezidenti nazir haqda xoş sözlər söylədi

"Azərbaycanda məmurların elmi ad alması ilə bağlı qadağanı AMEA yox, Ali Atestasiya Komissiyası tətbiq edir. Əvvəllər də belə bir qərar olub və indi də qüvvədədir".

Bunu AzNews.az-a açıqlamasında AMEA-nın vitse-prezidenti, akademik Akif Hacıyev bildirib.

Dövlət qulluğunda olanlara elmi ad verilməməsi ilə bağlı hazırda qüvvədə olan qərarla bağlı danışan A. Hacıyev bəzi hallarda istisnaların olmasına tərəfdar olduğunu bildirib:

"Elə məmur var ki, əsl alimdir. Məsələn, rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov barədə bunu söyləmək olar. Bundan başqa onun rəhbərlik etdiyi nazirlik qədər AMEA-ya yaxından kömək edən başqa bir təşkilat bəlkə də yoxdur. Buna görə də mən belə hesab edirəm ki, məmurlara elmi ad qadağasını hamıya şamil etmək olmaz".

Qeyd edək ki, bundan əvvəl AMEA - nın Cografiya İnstitutunun direktoru Ramiz Məmmədov məmurların dissertasiya şurasına təqsir imkanlarını nəzərə alaraq onlara elmi ad almağın qadağan olunduğunu bildirmişdi.

Elnarə Əlosmanqızı
AzNews.az