İran Azərbaycan XİN-ə yalan vədlər verməklə baş qatır İran Azərbaycan XİN-ə yalan vədlər verməklə baş qatır

XİN-dən Xalidə Xalidlə bağlı yeni açıqlama

İran Azərbaycan XİN-ə yalan vədlər verməklə baş qatır


"Azərbaycan Xarici İşlər Nazirliyi İran tərəfi ilə vətəndaşımız Xalidin Xalidin təhvil alınması ilə bağlı təmasları davam etdirir. Təəssüf ki, bu günə qədər X.Xalidin Azərbaycan tərəfinə verilməsi ilə bağlı İranın müvafiq qurumları heç bir müsbət addım atmayıblar".

Bu sözləri AzNews.az-a açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev deyib. O bildirib ki, İran rəsmiləri Azərbaycanın müvafiq instansiyalarına vədlər verməklə məşğuldur. Ancaq heç bir əməli addım atılmayıb.

E.Abdullayev X.Xalidin hələ də həbsxanada saxlanıldığı, yoxsa azadlığa buraxıldığı ilə bağlı suala isə belə cavab verib: "Vyana Konvensiyasına əsasən, azadlığa buraxılan şəxsin sənədləri qaydasına salınıb, şəxsin vətəndaşı olduğu ölkəyə təhvil verilməlidir. İndi İran tərəfi bizim vətəndaşımızı hələ də geri qaytarmayıbsa, deməli, vətəndaşlarımızın azadlıqda olduğunu iddia etmək əsassız olardı".

Xalidə Xalid və sürücüsünü aprelin 30-da Təbrizdə İranın təhlükəsizlik xidməti ETTELAAT saxlayıb. Həmin vaxt İranın Xarici İşlər Nazirliyindən bildirilmişdi ki, Azərbaycan vətəndaşları "qeyri-leqal əlaqələr qurmağa" cəhd göstəriblər. Daha sonra Azərbaycan iki dəfə nota verərək vətəndaşlarının azad olunmasını tələb edib və mayın 21-də İran Azərbaycan vətəndaşlarının azad olunduğunu rəsmi şəkildə açıqlayıb.

Sonda qeyd edək ki, İranın xarici işlər nazurunun müavini və İranın ölkəmizdəki səfiri hələ bir müddət öncə Xalidə Xalidin azadlığa buraxıldığını bəyan etmişdilər.

Anar
AzNews.az