- Köhnə - Cəmiyyət
- 31 May 2013 19:15
- 1 752
YAP-ın V Qurultayının keçiriləcəyi vaxt bəlli oldu

Qurultaya hazırlıq məqsədi ilə partiyanın 83 rayon və şəhər təşkilatında konfranslar keçirilib və Qurultaya 750-dən çox nümayəndə seçilib. Qurultay nümayəndələrinin 180 nəfərindən çoxunu gənclər, təxminən 180 nəfərini isə qadınlar təşkil edir.
Qurultayda 2013-cü ilin prezident seçkilərində Yeni Azərbaycan Partiyasının namizədi təsdiq olunacaq.
Qeyd edək ki, keçirilmiş bütün konfranslarda Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin 2013-cü il prezident seçkilərində namizədliyinin irəli sürülməsi tövsiyə edilib.
AzNews.az