Ağrıkəsicilər ölüm gətirir - SOS

Mütəmadi olaraq ağrıkəsicidən istifadə edən insanlarda ürək xəstəliklərinə yoluxma ehtimalı digər qrupa nisbətən daha çoxdur.



Tibb jurnalı olan "Lancet"də yer alan xəbərə görə, ağrıkəsicilərdən mütəmadi istifadə və dozanın tədricən artırılması insan həyatı üçün böyük risk yaradır.

Belə bir nəticə Oxford Universitetinin mütəxəssislərinin apardığı araşdırma nəticəsində əldə edilib. 353 min xəstənin xəstəliklə bağlı qeydləri araşdırılıb və əsl mənzərə ortaya çıxıb.

Məlum olub ki, gündə 150 mg diklofenak ve 2400mg iboprofen istifadə edən xəstələrdə infarkt, ürək çatışmazlığı və ölüm faktları daha çox təsadüf edilir. Bundan başqa yüksək dozada ağrıkəsici qəbulu ölümə də yol açır.

Qeyd edək ki, məhz bu risk nəzərə alınaraq
"Rofecoxib" ya da "Vioxx" kimi tanınan ağrıkəsici 2004-cü ildə satışdan yığışdırılıb.

Elnarə
AzNews.az