İyunun 5-də Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) Göyçay şəhərində yerləşən regional bölməsinin açılışı olub. İyunun 5-də Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) Göyçay şəhərində yerləşən regional bölməsinin açılışı olub.

TQDK-nın regional bölmələrinin sayı sayı 8-ə atdı

İyunun 5-də Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) Göyçay şəhərində yerləşən regional bölməsinin açılışı olub.




AzNews.az-ın TQDK-nın mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, açılış mərasimində TQDK sədri Məleykə Abbaszadə, Göyçay rayon İcra Hakimiyyətinin başçısı Mənsur Məmmədov, rayon ictimayyəti və KİV nümayəndələri iştirak edib.

TQDK sədri mərasimdə bildirib ki, hazırda TQDK-nın regional bölmələrinin sayı 8-ə çatıb.

M. Abbaszadənin sözlərinə görə, bu il bütün ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanları regional bölmələrin yerləşdiyi şəhərlərdə, o cümlədən Göyçayda keçiriləcək. Bununla, regionlarda yaşayan abituriyentlər daha yaxın mərkəzlərdə imtahan verməklə maddi resurslarına, vaxtlarına və enerjilərinə qənaət edəcəklər. TQDK sədri abituriyentlər üçün bu amilin psixoloji baxımdan da müsbət əhəmiyyət daşıdığını vurğulayıb.

Elnarə
AzNews.az