Kadr islahatları davam edir Kadr islahatları davam edir

İTV-də daha 3 təyinat - EKSKLÜZİV

Kadr islahatları davam edir


Cəmil Quliyev İctimai Televiziyanın rəhbəri olduqdan sonra kadr dəyişikliklərini davam etdirir. Bu dəfə İTV-də yeni vəzifəyə təyinat alan şəxs Əsəd Məmmədovdur.

Əvvəllər AzTV-də işlədiyi bildirilən Əsəd Məmmədov bundan sonra İTV-də Musiqi Departamentinə rəhbərlik edəcək. AzNews.az-a daxil olan məlumata görə, Yayım Şurası artıq Ə.Məmmədovun yeni vəzifəsini təsdiq edib. Musiqi Departamentinin yeni rəhbəri artıq öz vəzifəsinin icrasına başlayıb.

Bundan başqa İTV-də boş olan texniki direktor və radionun proqram direktoru vəzifələri də tutulub. Ancaq hələlik həmin vəzifələrin yeni sahibləri ilə bağlı məlumat verilmir.

Azər
AzNews.az