"Rusiya Dumasının üzvünün bu hərəkəti Azərbaycana qarşı hörmətsizlikdir" "Rusiya Dumasının üzvünün bu hərəkəti Azərbaycana qarşı hörmətsizlikdir"

“Rusiyaya nota göndərmək lazımdır”

"Rusiya Dumasının üzvünün bu hərəkəti Azərbaycana qarşı hörmətsizlikdir"



"Kimliyindən asılı olmayaraq, xarici ölkə vətəndaşlarının Azərbaycanın işğal edilmiş torpaqlarına qeyri-qanuni səfəri yolverilməzdir".

Bunu Modern.az-a Milli Məclisin Azərbaycan-Rusiya parlamentlərarası işçi qrupunun üzvü, millət vəkili Aydın Mirzəzadə bildirib. Xatırladaq ki, Rusiya Dövlət Dumasının deputatı Oleq Pakolkev Dağlıq Qarabağdakı separatçı quruma səfər edib.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, səfəri zamanı qondarma respublikanın "parlament sədri" Aşot Gülyanla görüşən rusiyalı parlamentari ziyarətdən məmnun qaldığını ifadə edib.

"Azərbaycan dövləti bu cür məsələlərə öz mövqeyini dəfələrlə bildirib" deyə mövzunu şərh edən A. Mirzəzadə qeyd edib ki, ölkəmizin ərazisinə səfərlər yalnız Azərbaycan hökumətinin razılığı ilə həyata keçirilməlidir. İşçi qrupunun üzvü daha sonra əlavə edib:

"Birmənalı olaraq bu cür səfərləri gerçəkləşdirənlər Azərbaycanda arzuolunmaz şəxs hesab olunur. Rusiya Dumasının üzvünün bu hərəkəti Azərbaycana qarşı hörmətsizlikdir. Kim də bilməsə, parlament üzvləri mövcud situasiyanı bilir. Buna görə də belə bir halda Ermənistanın işğalçı siyasətinə dəstək nümayiş etdirməli deyildi. Ola bilər ki, Ermənistandakı müəyyən dairələrin şirnikləndirici təklifləri ərazilərimizə səfər edirlər. Amma bu, Ermənistanın işğalçılıq siyasətinə dəstək deməkdir".

Millət vəkili XİN-ə müraciət edərək vurğulayıb ki, məsələ barədə Rusiyaya nota göndərmək lazımdır.

AzNews.az