Bakı nə zaman işğal olundu?

Bakı Qala şəhərlər arasında yox idi. Şirvanşahlar bu ərazini dəniz ticarətinin limanı olaraq seçdilər. Və Qala tikdilər. Bu şəhərin sakinləri sonradan Süryanilər olaraq tanınan nəzranilər idilər.

Bakuyə onların Barı-Şeyxi idi. İsadan sonra dağılan Yerüsəlimdən bura sığınmışdılar. İnanc olaraq İsa təlimçiləri kimi Bakuyənin davamçıları olaraq görürdülər özlərini.

Bakı Səfəviləşəndə Əbu Xeyirın məzarının yanında Şirvanşah Mənuçöhrürün anasının qəbri unuduldu. Bibiheybət vəqf oldu. Nəsranilər mərkəzsiz qaldıqlarından ilk öncə Əbu Xeyrin, sonra isə Bibiheybətin fikir dalğasından əriməyə başlamışdılar. Ticarət onlara İsanı unutdurmuşdu.
26 iyul 1723.

Bakı Qalasının yeni sahibi Pyotrdur. Nə nəzranilər, nə Əbuxeyirçilər, nə də Bibiheybətçilər Bakının bu qədər ciddi mövqedə olduğunu anlamadılar. Piyotr Böyük olduğunu kiçik və əhəmiyyətsiz olan ərazilərin böyüyə çevrilməsi ilə təsdiq etdi.

Bakı Nəbz oldu. Bakı Mayak oldu. Bakı doğuldu.

Nəzrani itdi, Əbuxeyir itdi, Bibiheybət itdi. Bu şəhərin yeni "küləyi" Bakılını gətirdi. Liman ağşalvarlaşdı. Dəniz və Şəhərin siması dəyişdikcə

İçərişəhərın geocoğrafiyasında Quyular ön plana keçdi.
Bakı Quyular şəhəri oldu.

Quyular dərin də qazıldı, dayaz da.

Quyular şəhərindən Azərbaycana sərinlik verəcək bir içim su, hələ də yanğımızı söndürə bilmir.

Bir zamanlar quyu qazan peşə idi.

Nəzrani, əbuxeyir, səfəvi getdi. Quyu qazanlar Bakısına xoş gəldiniz.

AzNews.az