- Köhnə - Cəmiyyət
- 4 İyul 2013 16:05
- 3 643
Elmar Məmmədyarov İsveçrənin yeni təyin olunmuş səfirini qəbul etdi
XİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, E. Məmmədyarov P. Obişeri səfir təyin olunması münasibətilə təbrik edərək ona gələcək fəaliyyətində uğurlar arzulayıb. Ölkələr arasındakı əlaqələrin inkişafından məmnunluğunu bildirən nazir, yeni təyin olunmuş səfirin fəaliyyətinin iki ölkə arasındakı münasibətlərin daha da inkişafına töhfə verəcəyini əminliklə söyləyib.
P. Obişer isə Azərbaycana səfir təyin olunmasından məmnunluğunu ifadə edib. Azərbaycanla İsveçrə arasında əməkdaşlığın daha da genişlənməsində maraqlı olduğunu qeyd edən səfir, diplomatik fəaliyyəti müddətində ölkələr arasındakı münasibətlərin genişləndirilməsi istiqamətində səylər göstərəcəyini bildirib.
AzNews.az