Nazirlik vətəndaşlara xəbərdarlıq etdi

Yay mövsümünün başlanması ilə əlaqədar olaraq Azərbaycan vətəndaşlarının xarici ölkələrə turist səfərlərinin sayında artım müşahidə olunmaqdadır.

APA-nın məlumatına görə, bununla əlaqədar Mədəniyyət və Turizm Nazirliyi əhalinin nəzərinə çatdırır ki, turizm şirkətlərinin vasitəsi ilə səyahətlərini təşkil edərkən həmin şirkətə nazirlik tərəfindən turizm fəaliyyətinə verilmiş lisenziyanın olub-olmaması, turist vauçerini və "Turizm haqında" qanununun tələblərinə uyğun olaraq şirkətlə müştəri arasında müqavilənin bağlanmasını tələb etsinlər.


AzNews.az