- Köhnə - Cəmiyyət
- 17 İyul 2013 14:40
- 3 415
Prezident İsveçrə səfirinin etimadnaməsini qəbul etdi
Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət edib. Görüşdə Azərbaycan ilə İsveçrə arasında ikitərəfli münasibətlərin sürətli və uğurlu inkişafından məmnunluq ifadə olunub, əlaqələrimizin genişləndirilməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin və görüşlərin önəmi qeyd olunub. Söhbət zamanı ölkələrimiz arasında siyasi, iqtisadi, enerji, qarşılıqlı sərmayə qoyuluşu, mədəniyyət, təhsil, səhiyyə, idman və digər sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
AzNews.az