- Köhnə - Cəmiyyət
- 25 İyul 2013 08:47
- 2 772
I ixtisas qrupu üzrə qabiliyyət imtahanları başlayıb

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə APA-ya açıqlamasında deyib ki, onlar 25 iyul-1 avqust tarixlərində Memarlıq və dizayn istiqaməti üzrə qabiliyyət imtahanı verəcəklər. Qabiliyyət imtahanından müvəffəqiyyətlə keçməyən abituriyentlər isə müsabiqə şərtini ödədikləri halda I ixtisas qrupuna daxil olan digər ixtisasların müsabiqəsində iştirak edə biləcəklər.
Qeyd edək ki, Azərbaycanda 2013/2014-cü tədris ili üçün ali təhsil müəssisələri və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələri üzrə qabiliyyət imtahanları iyulun 18-dən etibarən başlayıb. İlk olaraq III ixtisas qrupunda xüsusi qabiliyyət imtahanı tələb edən ixtisaslara qəbul olmaq istəyən və qabiliyyət imtahan komissiyasında qeydiyyatdan keçmiş abituriyentlər iyulun 18-dən 24-dək musiqi sənəti, təsviri sənət, teatr, kino və xoreoqrafiya sənəti istiqamətləri üzrə qabiliyyət imtahanından keçiblər. Növbəti qabiliyyət imtahanı isə idman istiqaməti üzrə 31 iyul-12 avqust tarixlərində olacaq. Kolleclərə qabiliyyət imtahanları isə avqustun 5-dən 13-dək keçiriləcək.
AzNews.az