Milli Məclisin payız sessiyası sentyabrın 15-də başlayır

Azərbaycan Milli Məclisi payız sessiyası öz işinə sentyabrın 15-də başlayacaq.

Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu APA-ya açıqlamasında bildirib ki, parlamentin işinə komitələrin iclası ilə start veriləcək.

Sentyabrın 30-da isə Milli Məclisin payız sessiyasının ilk plenar iclası olacaq.

A. Təvəkküloğlu onu da qeyd edib ki, parlamentin payız sessiyasında fəaliyyətini işıqlandırmaq üçün akkreditə olmaq istəyən KİV sentyabrın 15-dək akkreditasiya məktublarını Milli Məclisə təqdim etməlidir.


AzNews.az